TÜRKMƏNİSTANDA BUZ SARAYI AÇILMIŞDIR
İndi türkmənistanlılar bu isti ölkə üçün ekzotik konkisürmə idmanı ilə məşğul ola, xokkey oynaya biləcəklər.
Stadionun tikilməsini 2 il əvvəl Türkmənistan Prezidenti Saparmurad Niyazov təklif etmişdi. Orta Asiya regionu üçün nadir idman-əyləncə qurğusunun layihəsini Aşqabaddakı bir çox iri qurğuların baş podratçısı olan Fransanın “Buiq” şirkəti hazırlamışdır. Layihənin dəyəri 21,5 milyon dollardır.
Açılış mərasimində Fransanın 14 tanınmış fiqurlu konkisürəni, o cümlədən 2006-cı il dünya çempionatının gümüş mükafatçısı Brian Juber çıxış etmişlər.
İlin sonunadək ölkədə “Türkmən nağılları aləmi” adlı Disneyləndin, su Olimpiya stadionunun və Gənclər teatrının tikintisi başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]