“Türyançay” Fermer Təsərrüfatı 30 hektar sahədə meyvə bağı salmışdır
Ağdaş, 6 yanvar (AZƏRTAC). Son illər Ağdaş rayonunda meyvəçiliyin inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Fərdi təsərrüfat sahibləri ilə yanaşı fermerlər də bağçılığa böyük önəm verirlər.
AZƏRTAC xəbər verir ki, rayonda fəaliyyət göstərən “Türyançay” Fermer Təsərrüfatı Ərəbocağı kəndinin ərazisində 30 hektar sahədə meyvə bağı salmışdır. Əraziyə 15 min 500 ədəd nar, xurma, alça, armud, gavalı, şaftalı, heyva və digər meyvə tingləri əkilmişdir. Yuxarı Şirvan kanalının sol sahilində salınan bağın ağacları damcı üsulu ilə suvarılır.
Fermer təsərrüfatı cari ilin bahar fəslində ərazidə daha 30 hektar meyvə bağı salacaqdır. Yeni bağın salınmasında fermer təsərrüfatının 1 hektarlıq tingçilik təsərrüfatında yetişdirilən 50 min ədəd meyvə tingindən istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]