TÜSİAB 500 AİLƏYƏ QURBAN ƏTİ PAYLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, TÜSİAB xeyirxah ənənəsinə sadiq qalaraq, müqəddəs Qurban bayramı münasibətilə 500-ə yaxın ailəyə qurban əti paylamışdır. Yasamal, Səbail, Xətai, Binəqədi və Nərimanov rayonlarının icra hakimiyyətləri ilə birlikdə qaçqın, məcburi köçkün, şəhid ailələrinə, əlil və imkansızlara, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Kəlbəcərdən olan məcburi köçkün ailələrinə və Sumqayıtdakı “Nizami” tələbə yataqxanasında yaşayan tələbələrə də yardım göstərilmişdir.