Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Tütək səsi” filminin çəkildiyi Şahdağın ətəyindəki Xuray kəndindən REPORTAJ VİDEO

Qusar, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC

Üstündən 45 il ötsə də, Qusarın Xuray kəndinin sakinləri “Tütək səsi” filminin çəkilişlərini indiki kimi xatırlayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli kino incilərimizdən sayılan bu filmin əsas səhnələrinin çəkildiyi Xuray kəndi rayon mərkəzindən 16 kilometr məsafədə, Şahdağın ətəyində, Qusarçayın sahilində yerləşir. “Şahdağ” Turizm Mərkəzinə yolu düşənlər füsunkar təbiətə malik bu qədim kəndin yanından ötüb keçir.

Kütləvi səhnələrdə 500 nəfərə yaxın kənd sakini iştirak edib

1975-ci ildə lentə alınan “Tütək səsi” filminin səhnələri Xurayla yanaşı Əniğ, Urva və digər ətraf kəndlərdə də çəkilib. Kütləvi səhnələrdə bu kəndlərin 500 nəfərə yaxın sakini iştirak edib.

Xuray kəndində filmin çəkilişləri aparılan evlərin bəziləri, XVIII əsrə aid məscid binası (həmin vaxt klub kimi fəaliyyət göstərib), Qusarçay üzərindəki asma körpü bu günədək qalmaqdadır.

Filmin ssenarisi mərhum yazıçı İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında yazılıb. Hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda, mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi hiss olunur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işləri görürlər. Müharibə fonunda cərəyan edən hadisələr dövrün ağrı-acısını əks etdirir.

Filmin ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operatoru Teyyub Axundov, quruluşçu rəssamı Elbəy Rzaquliyev, bəstəkarı isə Aqşin Əlizadə olub. Baş rollarda Akif Məhərrəmov, Ötkəm İsgəndərov, Mixail Volontir, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Sadıq Hüseynov, Səfurə İbrahimova və başqaları çəkilib.

Məmmədrza Şeyxzamanovu xatırladan asma körpü

Hazırda Xuray kəndinin Mədəniyyət evinin direktoru vəzifəsində çalışan Yüzbəy İsmayılov həmin vaxt 10 yaşında olub. Y. İsmayılov çəkiliş prosesini həvəslə izlədiyini, “Tütək səsi” filminə baxarkən yenidən həmin günləri xatırladığını bildirir. “Yaxşı yadımdadır, filmin çəkilişləri yay aylarında aparılırdı. Kəndimizin kənarındakı düşərgədə avtobuslar, kino avadanlıqlarını daşıyan avtomobillər dayanmışdı. Filmdəki Milli obrazında oynayan qızın “qara məktub”ları İsfəndiyar babadan gizlətdiyi səhnə bizim evdə çəkilib. İsfəndiyar kişinin saz çaldığı səhnə isə qonşumuzun həyətində lentə alınıb. Evlər yerində qalsa da, indi təmir olunub və müasir görkəmə salınıb. O vaxt kəndimizdə cəmi 120 ev olub. İndi isə evlərin sayı 3-4 dəfə çoxalıb. Çubuqdan, ağaclardan olan hasarların əksəriyyəti indi mişar daşı ilə hörülüb. O filmə baxanda həmişə kəndimizin 45 il əvvəlki görkəmini xatırlayırıq. Bəzi səhnələrdə kənd sakinlərimiz də düşüb. Onların çoxu artıq dünyasını dəyişib”, - deyə Yüzbəy İsmayılov söyləyib.

Filmdə İsfəndiyar kişinin qaçaraq üzərindən keçdiyi Qusarçay üzərindəki asma körpü artıq istifadə olunmur. İndi sakinlər 2007-ci ildə salınan yeni körpüdən istifadə edirlər. Köhnə asma körpü isə “Tütək səsi” filminin xatirəsi kimi qalmaqdadır.

Xuray sakinlərinin Cəbrayıldan niyə xoşu gəlmirdi?

Cümrünün damın başında tütək çalması səhnəsi çəkilən ev isə artıq sökülüb. Çəkiliş apardığımız zaman həmin evin yerində uşaqlar qartopu oynayırdı. Kənd sakinləri deyirlər ki, həmin ev yerində olmasa da, 45 il əvvəl səslənən tütəyin səsi indi də qulağımızdadır.

Doxsan yaşlı Xuray kənd sakini Mütəllim Mütəllimov bildirir ki, çəkilişləri izləyən yerli əhali Cəbrayıla (rolda aktyor Mixail Volontir çəkilib) bərk əsəbləşmişdi. Onlar həmin aktyorun doğrudan da əsgər ailəsinə sataşdığını düşünürdü. “Mən filmin çəkilişlərində şəxsən iştirak etmişəm. Əvvəlcə filmin rejissoru Rasim Ocaqov və bir neçə nəfər kəndimizə gəldi. Evlərə, məhəllələrə baxdılar. Bir ay sonra eşitdik ki, kəndə film çəkənlər gəlib. Mən onların düşərgəsində gözətçilik edirdim. Aktyorlar çəkilişdən sonra rayon mərkəzindəki mehmanxanaya gedirdi. Rayon mərkəzindən yemək üçün ərzaqların gətirilməsi də mənə həvalə olunmuşdu. Filmdə bir kadrda araba sürdüyüm yerdə məni də çəkiblər. Kütləvi səhnələrdə çəkilən kənd sakinlərinə gündəlik pul ödənilirdi. Qol çəkib pulu götürürdük. Çox maraqlı idi. Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev və başqa tanınmış aktyorlarla ünsiyyətdə olurduq”, - deyə Mütəllim Mütəllimov o günləri xatırlayır.

Qılınc Qurban, Cəbrayıl və İsfəndiyar kişinin əyləşdiyi həmin səhnə

Kinoda iclasların keçirildiyi səhnələr həmin vaxt klub kimi fəaliyyət göstərən kənd məscidinə bitişik tikilidə çəkilib. Filmin lentə alındığı zaman XVIII əsrə aid məscid anbar kimi istifadə olunurdu. Sonralar klubu sökülsə də, məscidə bitişik səhnə hissəsi bu günədək qalmaqdadır. Filmin həmin səhnədə çəkilən epizodunda Qılınc Qurban, Cəbrayıl və İsfəndiyar kişi tarladan toplanan taxılın cəbhə üçün göndərilməsini camaatla müzakirə edirdi. Bundan başqa, filmdə cəbhəyə yardım toplanması ilə bağlı daha bir səhnə də həmin yerdə çəkilib.

Film çəkilişlərini izləyən kənd sakini Mirzəbəy Eyvazov da həmin günlərdən döyük həvəslə danışır. “Bütün kənd filmin çəkilişinə səfərbər olmuşdu. Hamı kömək etməyə çalışırdı. Bizim kəndlə qonşu Əniğdə də çəkilişlər aparılırdı. Yadımdadır, öküzlərlə taxıl biçini səhnəsi isə Urva kəndində çəkildi. Biz çox şadıq ki, Xuray “Tütək səsi” filminin çəkildiyi kənd kimi tanınır. Qonaqlarımıza bu barədə fəxrlə danışırıq”, - deyə M.Eyvazov bildirib.

“Tütək səsi” filmi televiziya tamaşaçılarına 1976-cı ildə təqdim olunub və böyük maraqla qarşılanıb. Elə həmin ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən IX Ümumittifaq kinofestivalında ən yaxşı film kimi mükafat alıb.

“Tütək səsi” filminin çəkildiyi Şahdağın ətəyindəki Xuray kəndindən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir