Ucarda dezinfeksiya işləri davam etdirilir
Ucar, 11 aprel, AZƏRTAC
Ucar rayonunda koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gigiyena və epidemiologiya mərkəzinin işçiləri qrafikə əsasən zəruri obyektlərdə mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirirlər.
Gün ərzində qruplara bölünən dezinfektorlar 2 təcili yardım maşınını, polis şöbəsinin inzibati binasını və ərazisini, Dədə Qorqud küçəsindəki iki 16 mənzilli yaşayış binasının, Heydər Əliyev prospektindəki ictimai yaşayış binalarının girişlərini və pilləkənlərini, habelə ətrafını, ticarət mərkəzinin ərazisində yerləşən obyektləri, Azərbaycan, M.Ə.Rəsulzadə, Oğuz küçələrindəki və “Dörd yol” ərazisindəki marketləri, xidmət obyektlərini, 8 bankomatı və ətrafını xüsusi məhlulla dezinfeksiya ediblər.