ÜÇ NƏFƏR SUMQAYITLI DƏNİZDƏ BATMIŞDIR
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Nurlan Cəbrayılovun meyiti hadisədən bir qədər sonra tapılaraq sahilə çıxarılmışdır.
Küləkli hava şəraiti axtarış işlərini çətinləşdirsə də, iyunun 27-də səhər saat 6-7 radələrində Mahir Qurbanovun, həmin gün saat 14.00 radələrində isə Röyal Əhmədovun meyitlərini dalğıclar sudan çıxarmışlar.
Xatırladaq ki, çimərlik mövsümü başlanandan xilasedicilər Abşeron çimərliklərində 24 nəfərin həyatını xilas etmişlər.
Fövləqadə Hallar Nazirliyi vətəndaşlardan bir daha xahiş edir ki, həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymasınlar və xilasetmə avadanlığı ilə təchiz olunmuş çimərliklərdən istifadə etsinlər.