Üç qazinin əməliyyat və müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Bakı, 16 iyul, AZƏRTAC
“YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qazilərimiz İlqar Canməmmədovun, Novruz Novruzovun və Osman Əliyevin əməliyyat və müalicə xərcləri Fond tərəfindən qarşılanıb.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.