ÜÇ SUMQAYIT SAKİNİ DƏNİZDƏ BATMIŞDIR
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində Cəbrayılov Nurlan Aydın oğlunun meyidi tapılaraq sudan çıxarılmışdır.
Küləkli hava şəraiti axtarış işlərini çətinləşdirdiyindən M.Qurbanovun və R.Əhmədovun meyitlərini tapmaq hələlik mümkün olmamışdır.
Xatırladaq ki, çimərlik mövsümi başlanandan xilasedicilər Abşeron çimərliklərində 24 nəfərin həyatını xilas etmişlər.
Fövləqadə Hallar Nazirliyi vətəndaşlardan bir daha xahiş edir ki, öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymasınlar və xilasetmə avadanlığı ilə təchiz olunmuş çimərliklərdən istifadə etsinlər.