ÜÇTƏRƏFLİ SEMİNAR KEÇİRİLƏCƏKDİR
Seminarda MDB dövlətlərinin hökumət, həmkarlar və işəgötürənlər təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, BƏT-in əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Seminardan məqsəd maarifləndirmə işinin genişləndirilməsi, məşğulluğa dair milli proqramın hazırlanması və həyata keçirilməsi istiqamətində sosial tərəfdaşların əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
Tədbirdə BƏT-in bu sahədə həyata keçirdiyi siyasət, gənclərin məşğulluğu üzrə son təşəbbüslər, problemin həllinə dair milli proqramın hazırlanması, MDB ölkələrində texniki peşə təhsili və digər məsələlər müzakirə olunacaqdır.
Seminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov çıxış edəcəkdir.