UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb
Bakı, 26 iyun, AZƏRTAC
UEFA Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların adları ilə bağlı AFFA İcraiyyə Komitəsinin qərarına ilk təsdiq cavabı verib.
AZƏRTAC xəbər verir ki, Avropa futbol qurumuna göndərilmiş qərara verilən cavab artıq milli assosiasiyaya daxil olub. Həmin sənədə əsasən, Azərbaycanı UEFA Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları təmsil edəcək.
Bu komandaların qitənin klub turnirlərində iştirakı ilə bağlı yekun qərar klubların müvafiq sifariş ərizələri UEFA-ya göndərildikdən sonra qəbul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]