UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları növbəti oyunlarına çıxacaq
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu turnirdə mübarizə aparan “Qarabağ” və “Qəbələ” komandaları da növbəti oyunlarına çıxacaqlar.
“Qəbələ” komandası doğma meydanda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək oyunu ukraynalı referi Yevgeni Aranovski idarə edəcək.
“Qarabağ” klubu isə səfərdə Çexiyanın “Slovan Libereç” komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı isveçli hakim Stefan Yohannesson idarə edəcək.
Ağdamlılar Çexiya səfərində qələbə qazana bilsələr, UEFA Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəklər. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixi nailiyyətə imza atmasına kifayət edir. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]