UEFA Avropa Liqasının final matçına 100-dən çox xarici ölkənin vətəndaşları bilet alıblar
Bakı, 30 aprel, AZƏRTAC
UEFA Avropa Liqasının 2018-2019-cu mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa əcnəbi futbolsevərlər tərəfindən böyük maraq göstərilir.
AZƏRTAC xəbər verir ki, finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) biletdən əlavə, UEFA tərəfindən onlayn satışa çıxarılmış 21 min 500 bilet məhz 100-dən artıq ölkənin vətəndaşları tərəfindən alınıb. Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bilet Azərbaycan vətəndaşı olmayan şəxslər tərəfindən əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]