UEFA Konfrans Liqasında 1/4 final oyunları başlayır
Bakı, 9 aprel, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasını sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Digər 3 görüş isə eyni saatda, yəni, 23:00-da start götürəcək. İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"ın, Fransa "Strasburq"u Almaniyada "Maynts"ın, Niderlandın "AZ Alkmaar" kollektivi isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun qonağı olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]