UEFA Millətlər Liqası: Azərbaycan-Lüksemburq - 1:0
Bakı, 5 sentyabr, Səxavət Quliyev, Tofiq Babayev, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan-Lüksemburq oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki komanda oyuna fəal başlayıb. Matçın 25-ci dəqiqəsində millimizin üzvü Mahir Emreli kobud oyuna görə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Azlıqda qalan millimiz istəyinə matçın 43-cü dəqiqəsində çatıb. Futbolçumuz Ramil Şeydayev komandamızı hesabda önə çıxarıb.
Matçın birinci hissəsi millimizin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Millimizin yer aldığı qrupun digər oyununda Kipr millisi evdə Monteneqro yığmasını qəbul edir.