UEFA XÜSUSİ İDMAN POLİSİ YARATMAQ İSTƏYİR
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, UEFA rəhbərliyi gələn mövsümdən etibarən Avropada futbol oyunlarında təhlükəsizliyə nəzarət üçün xüsusi polis bölmələri yaratmağı planlaşdırır. Bu cür tədbir görülməsinin başlıca səbəbi Çempionlar liqasının yarışlarında “Roma”nın “Mançester Yunayted”lə, habelə UEFA Kuboku uğrunda turnirdə “Tottenhem”in “Seviliya” ilə görüşləri zamanı azarkeşlərin özləri və azarkeşlərlə polis arasında baş vermiş toqquşmalarla bağlıdır.
UEFA-nın nümayəndələrindən biri demişdir: “Biz Avropa idman polisi təşkilatı yaradılmasına problemin sistemli şəkildə həlli yolu kimi baxırıq”.
Bundan əvvəl UEFA-nın prezidenti Mişel Platini futbolətrafı zorakılıqla mübarizə üzrə idman polisi qurumu yaradılması məsələsini Avropa İttifaqının başçısı Joze Manuel Barrozu ilə görüşdə qaldırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]