UFADA “ŞİRVANŞAH” RESTORANI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Başkortostan Respublikasının paytaxtında ilk və hələlik yeganə “Şirvanşah” Azərbaycan restoranı açılmışdır.
“Şirvanşah” restoranı tarixi Şirvanşahlar sarayı üslubunda tikilmiş, milli məişət əşyaları ilə bəzədilmişdir. Milli geyimli xidməti heyət gələnlərə Azərbaycan mətbəxinin ləziz yeməklərini təklif edir. Ərzaqlar və ədviyyat isə Ufaya birbaşa Azərbaycandan gətirilir.
Restoranın sahibi Ümumrusiya Azərbaycan Konqresinin Başkordostan nümayəndəliyinin sədri Etibar Haqverdiyev bildirmişdir ki, Azərbaycan restoranı açmaq ideyası təsadüfi yaranmayıb, çünki milli mətbəximiz, xalqımızın ənənələri ilə tanışlıq ölkəmizin xaricdə təbliği üçün yaxşı fürsətdir. Başkordostanda yaşayan azərbaycanlılar buranın soydaşlarımızın, habelə bütün paytaxt sakinlərinin sevimli istirahət yerinə çevrilməsini arzulayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]