UFAZ-ın magistratura proqramına qəbul davam edir
Bakı, 10 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi magistratura imtahanından 70-dən artıq bal toplayan hər kəs Azərbaycan-Fransız Universitetinin (UFAZ) Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunan ikinci daxili imtahanında iştirak edə bilər.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, qəbul yalnız daxili imtahan nəticələrinə (DİM nəticələri nəzərə alınmır) əsaslanır. İmtahan ingilis dilindədir.
Bakalavr təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.
UFAZ-a qəbul imtahanı, seçilmiş magistr ixtisaslarını əhatə edən test suallarından ibarətdir.
Magistratura proqramı üçün kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (böyük verilənlər bazası və süni zəka), Yer elmləri ixtisasları nəzərdə tutulur. Magistraturaya ümumilikdə 80 yer ayrılıb və hamısı ödənişsizdir. Magistratura proqramları haqqında yenilənmiş məlumatı UFAZ-ın saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]