Ukrayna Ali Radasının Komitəsi hərbi vəziyyətin və səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib
Kiyev, 2 may, AZƏRTAC
Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə məsələləri Komitəsi Prezidentin hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında təqdim etdiyi qanun layihələrini dəstəkləyib. Söhbət bu vəziyyətin daha 90 gün uzadılmasından gedir.
AZƏRTAC bu barədə xalq deputatı Yaroslav Jeleznyakın Teleqram-kanalına istinadla xəbər verir.
Hər iki məsələnin “Lehinə” ayrılıqda 18 deputat səs verib.
“Vəziyyətin müddəti 2023-cü il mayın 19-dan və çox ehtimal ki, yenidən 90 günlüyə, yəni 2023-cü ilin avqustun ortalarınadək uzadılacaq”, - deyən Jeleznyak əlavə edib ki, bu məsələlərin “çox tezliklə” Radada nəzərdən keçiriləcəyi gözlənilir. Ukrayna Prezidenti bir gün əvvəl Ali Radaya ölkədə hərbi vəziyyətin müddətinin uzadılması barədə fərmanların təsdiqi haqqında qanun layihəsi təqdim edib. Dövlət başçısı səfərbərliyin davam etdirilməsini də təklif edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]