Ukrayna Azərbaycanlı Gənclər İttifaqı “Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı xüsusi layihə hazırlayıb
Kiyev, 1 mart, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ukrayna Azərbaycanlı Gənclər İttifaqı (UAGİ) “Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar.
Bu barədə AZƏRTAC-a UAGİ-nin mətbuat xidmətindən məlumat verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan videoçarxın rejissoru Nataliya Pyatiqinadır.
Videoçarx geniş tamaşaçı auditoriyasının diqqətini Xocalı qırğınına cəlb etmək məqsədilə rus və Azərbaycan dillərində hazırlanıb, ingilis, Ukrayna dillərində subtitrlər ilə müşayiət olunur.
Aşağıda qeyd olunan linklərə daxil olmaqla, videoçarxı izləmək mümkündür:
https://www.youtube.com/watch?v=a2WDKmurcx8
https://www.youtube.com/watch?v=NnSGk8CBEao
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev