UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏTİ BƏRPA EDİLMİŞ “AZƏRBAYCANIN SƏSİ” QƏZETİNİN NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, uzun sürən fasilədən sonra UAK-ın “Azərbaycanın səsi” qəzetinin yeni redaksiya kollegiyası Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyevin və Ukrayna Azərbaycanlıları Konqresi (UAK) rəhbərliyinin birgə təşəbbüsü ilə formalaşdırılmışdır. Qəzetin Azərbaycan, Ukrayna və rus dillərində nömrəsi yenicə çapdan çıxmışdır.
Qəzet cəlbedici dizaynı, peşəkarlığı və oxunaqlılığı ilə fərqlənir. Azərbaycanın və Ukraynanın liderləri İlham Əliyevin və Viktor Yuşşenkonun şəkilləri verilmiş birinci səhifədə iki dost ölkənin strateji tərəfdaşlığı haqqında “Qarşılıqlı münasibətlərin dərin kökləri” başlıqlı analitik məqalə dərc olunmuşdur. Oxucu ATƏT-in Parlament Assambleyasının Kiyevdə keçirilən yay sessiyasında Milli Məclis deputatlarının iştirakı haqqında informasiya ilə tanış ola, GUAM-ın Bakıdakı zirvə görüşünün yekunları, diasporumuzun gündəlik həyatı və bayramları, habelə “Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsi” başlığı altında silsilə analitik materiallardan erməniliyin naməlum səhifələri, onların tarixi yenidən yazmalarının mənasızlığı və təcavüzkar separatizmi barədə məlumat ala bilər.
Qəzetdə AZƏRTAC-ın, UAK-ın mətbuat xidmətinin və Analitik mərkəzinin materiallarından istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:24]
San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüş
- 18.05.2026 [10:25]
Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
- 06.05.2026 [11:44]
Azərbaycan və Vyetnam mədəni-humanitar əməkdaşlığı genişləndirir
- 24.04.2026 [19:26]