UKRAYNA BAŞ NAZİRİNİN TƏKLİFİ
O demişdir: “Zənnimcə, bu gün birdən-birə 25 il müddətinə müqavilə bağlanmasından danışmaq çətindir, çünki belə perspektivləri yalnız Rusiya ilə danışıqlar prosesinin kontekstində nəzərdən keçirmək gərəkdir”. Ukrayna hökumətinin başçısı bildirmişdir ki, danışıqlarda qaz müqaviləsinin əsas məqamları razılaşdırıldı və indiki səfər zamanı bəzi dəqiqləşdirmələr ediləcəkdir.
Türkmənistan qazına görə Ukraynanın borcuna gəldikdə, Yexanurov demişdir: “Borc var. O ki qaldı borcun pul hissəsinə, burada biz, əksinə, cədvəli qabaqlayırıq. Borcun əmtəə ilə ödənilməsinə gəldikdə, bu barədə cədvələ uyğun olaraq, Ukrayna və Türkmənistan qaz müqabilində mal göndərilməsi barədə razılığa gəlmişlər və indi hər şey mümkün malların nomenklaturunu Türkmənistan tərəfinin nə vaxt razılaşdıracağından asılıdır”. Baş nazir vurğulamışdır ki, Türkmənistan tərəfinin təklifinə əsasən, gələcəkdə Ukrayna oradan alacağı qazın haqqının hamısının pul ilə ödənilməsinə keçmək niyyətindədir.