Ukrayna Daxili İşlər Nazirliyi “Hücum qvardiyası” üçün 8 briqada yaradıb
Bakı, 2 may, AZƏRTAC
Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiya ordusuna qarşı əks-hücum üçün 8 briqada yaradıldığını bildirib.
AZƏRTAC xəbər verir ki, “İnterfaks-Ukraina” agentliyinə müsahibəsində Klimenko Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmaq məqsədilə hazırlıq getdiyini, əks-hücum əməliyyatları üçün yeni briqadalar təşkil olunduğunu söyləyib.
Nazir briqadaların tam formalaşdığını və silahla təchiz edildiyini vurğulayaraq deyib: "Biz əlavə briqadalar yaratmağı planlaşdırırıq, çünki buna tələbat var və imkanlarımız yetərincədir". Onun sözlərinə görə, yeni briqadalar 2-3 həftəlik təlim keçəcək, onların vəzifəsi əks-hücum zamanı müdafiə qüvvələri ilə birlikdə hərəkət etməkdir.
İqor Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığı altına keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]