Ukrayna Dəmir Yolları “Şimal-Cənub” nəqliyyat dəhlizinin və Transxəzər marşrutunun inkişafında maraqlıdır
Bakı, 8 iyun, AZƏRTAC
“Ukrayna Dəmir Yolları” Səhmdar Cəmiyyəti (Укрзализныця) “Şimal-Cənub” nəqliyyat dəhlizinin və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında maraqlıdır.
AZƏRTAC “UKRRUDPROM”a istinadla xəbər verir ki, bu barədə Cəmiyyətin idarə heyəti sədrinin vəzifəsini icra edən Yevgeni Kravtsov bildirib. “Şimal-Cənub” yeni dəhlizi vasitəsilə yüklər Rusiyaya, sonra da Avropaya ötürüldüyü kimi, eləcə də Azərbaycandan Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya daşınacaq. Yeri gəlmişkən, Ukrayna ikinci variantın inkişafında Çernomorskda bərə keçidindən istifadə olunmaqla maraqlıdır”, - deyə Y.Kravtsov qeyd edib.
Bu dəhlizlə yanaşı, “Укрзализныця”, həmçinin yükləri Çindən Qazaxıstana, sonra Xəzər dənizindən keçməklə Azərbaycana, Gürcüstana və Qara dəniz vasitəsilə Ukraynaya və digər yerlərə çatdıran Transxəzər marşrutunun inkişafını nəzərdə tutur. “Укрзализныця” Avropa İttifaqı ölkələrinə çatdırılan yüklərin həcminin təxminən üçdəbirini öz ərazisindən nəql etməyi düşünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]