UKRAYNA İRANA “KOLÇUQA” SİLAHI SATDIĞI BARƏDƏ XƏBƏRLƏRİ TƏKZİB ETMİŞDİR
Katibliyin Baş müdafiə siyasəti xidmətinin hərbi-texniki əməkdaşlıq proqramları şöbəsinin müdiri Viktor Qvozd demişdir: “Ukraynada mövcud olan ixraca nəzarət sistemində xaricə silah satışının yoxlanılması üzrə çox sərt tədbirlər nəzərdə tutulur. Dövlət İxraca Nəzarət Xidməti İrana “Kolçuqa” komplekslərinin satışına icazə verməmişdir. Odur ki, Ukrayna stansiyalarının İrana həqiqətən satıldığından danışmağa dəyməz”.
Ukrayna Ordunun, konversiyanın və silahların tədqiqi mərkəzinin ekspertləri güman edirlər ki, “Kolçuqa” komplekslərinin İrana satılması Ukrayna üçün qətiyyən sərfəli olmazdı, çünki bu cür razılaşma ABŞ tərəfindən sanksiyalara səbəb ola bilər və ölkənin Avropa İttifaqı qurumlarına, NATO-ya inteqrasiyası prosesini ciddi şəkildə çətinləşdirər.
Xatırladaq ki, ötən həftə bir sıra informasiya agentlikləri xəbər yaymışdılar ki, İran Ukraynada “Kolçuqa” radiotexniki kəşfiyyat kompleksləri dəsti sifariş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]