UKRAYNA İRAQDAKI HƏRBİ KONTİNGENTİNİ DEKABRIN 30-DƏK ÇIXARACAQDIR
Onun sözlərinə görə, dekabrın 20-də Ukrayna hərbçiləri Küveytə aparılacaq və oradan Ukraynaya yola salınacaqdır. Ukrayna sülhməramlıları İraqın güc qurumlarına 122 vahid hərbi texnika, 500 ton digər müxtəlif ləvazimat və döyüş sursatı saxlayıb gedəcəklər.
Ukrayna hərbi kontingenti İraqdan çıxarıldıqdan sonra Ukraynadan bu ölkəyə 50 hərbi mütəxəssis gələcəkdir. Onlar iraqlılara texniki yardım göstərəcəklər.
Xatırladaq ki, 1600 nəfərdən ibarət Ukrayna hərbi kontingenti İraqda öz missiyasını 2003-cü ilin avqustundan yerinə yetirməyə başlamışdır. Bu müddət ərzində İraqda 18 ukraynalı hərbi qulluqçu həlak olmuş, 20-dən çox sülhməramlı yaralanmışdır.
Ukrayna Prezidenti Viktor Yuşşenko dekabrın 9-da xalqa ənənəvi radiomüraciətində bildirmişdi ki, İraqdakı ukraynalı sülhməramlılar Yeni ili öz ailələrində qarşılayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]