Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib
Bakı, 23 aprel, AZƏRTAC
Ukrayna MDB-yə üzv ölkələrin mülki aviasiyasının modernləşdirilməsinə dair sazişdən çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasındakı hökumət nümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu qərar milli təhlükəsizlik və respublikanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə qəbul edilib.
Nəşr qeyd edir ki, ölkə bir sıra digər beynəlxalq müqavilələrdən - “İnternaviqasiya” Dövlətlərarası Maliyyə-Sənaye Qrupunun yaradılması haqqında, MDB-yə üzv dövlətlərin ərazisində beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında, o cümlədən MDB ölkələrinin beynəlxalq avtomobil daşıyıcılarının əlavə hazırlığı və peşə səriştəsinə dair tələblərin uyğunlaşdırılması haqqında sazişdən də imtina edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna Rusiya Federasiyası ilə sərhədyanı ərazilərdə əməkdaşlıq haqqında sazişdən də çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]