Ukrayna Parlamenti yayda prezident seçkilərinin keçirilməsi məsələsinə aydınlıq gətirib
Kiyev, 11 aprel, AZƏRTAC
“Ukraynada hərbi vəziyyət və səfərbərlik mayın 8-dən sonra da uzadılacaq. Bu qərar Rusiyanın davam edən hücumları fonunda veriləcək”.
AZƏRTAC xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.
O, müharibənin hələ bitmədiyini vurğulayıb.
Ali Radanın sədri bildirib ki, ABŞ və Rusiya prezident seçkilərinin keçirilməsi üçün Kiyevə təzyiq etsələr belə, Parlament demokratiyanı dəstəkləməkdə qərarlıdır.
Stefançuk hələ də hücum altında olan ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin praktiki və hüquqi cəhətdən qeyri-mümkünlüyünü qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]