Ukrayna: seçkilərdə ilk dəfə iştirak edən azərbaycanlı tələbənin sevinci
Kiyev, 11 aprel, AZƏRTAC
Azərbaycanda keçirilən seçkilərdə ilk dəfədir iştirak edirəm. Səfirliyimizdə yaradılmış məntəqəyə gələrək vətəndaşlıq borcumu yerinə yetirdiyim üçün hədsiz sevinc hissləri keçirirəm.
Bunu AZƏRTAC-a açıqlamasında Kiyevdə ali təhsil alan soydaşımız İsfəndiyar Əliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyində vətəndaşların sərbəst, demokratik şəkildə səsverməsi üçün hər cür şərait yaradılıb.
Səhər saatlarından başlayaraq seçki məntəqəsində seçicilərin aktivliyi müşahidə edilir. Səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb.
Azərbaycanın Ukraynadakı səfirliyi ilk dəfə səs verən seçicilərə hədiyyə olaraq gül təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]