Ukrayna və Moldova mediası Zəngilan aeroportunun açılışına geniş yer ayırıb




Kiyev, 21 oktyabr, AZƏRTAC
Ukrayna və Moldovanın aparıcı KİV-ləri Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Aeroportunun açılışına geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın “Ukrinform” informasiya agentliyi, “Goodnews”, Moldovanın “Noi”, “Tv8” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etdikləri vurğulanıb.
Qeyd edilib ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Məqalələrdə, həmçinin işğaldan azad edilən ərazilərdə növbəti beynəlxalq aeroportun Laçında inşa edildiyi yazılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [18:20]
YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb
- 22.05.2025 [17:48]