UKRAYNA VƏ POLŞA AVRO-2012-NİN KEÇİRİLMƏSİNƏ HAZIRLIQ ÜZRƏ ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİ YARADACAQLAR
Ukrayna və Polşa hökumətləri futbol üzrə 2012-ci il Avropa futbol çempionatının keçirilməsinə hazırlıq və maliyyə axınlarını istiqamətləndirmək üçün yaxın vaxtlarda birgə əlaqələndirmə komitəsi yaradacaqlar. AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, bunu Ukrayna hökumətinin başçısı Viktor Yanukoviç Varşavada polşalı həmkarı Yaroslav Kaçinski ilə birgə mətbuat konfransında bildirmişdir.
Ukraynanın Baş naziri demişdir ki, əldə edilmiş razılığa əsasən, biz birgə işləyəcəyik. Nəqliyyat dəhlizləri, infrastrukturun inkişaf etdirilməsi və stadionlar tikilməsi sahəsində müştərək layihələr olacaqdır. 2012-ci il Avropa futbol çempionatının Ukrayna və Polşada keçirilməsi zəhmətli iş olsa da, hər iki ölkəyə müəyyən iqtisadi fayda gətirəcək əlamətdar hadisəyə çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]