UKRAYNADA QİÇS-İN YAYILMA SÜRƏTİ DƏHŞƏTLİ ŞƏKİL ALMIŞDIR
Prezident demişdir ki, son beş ildə Ukraynada QİÇS-lə xəstələnmə halları 2,5 dəfə artmışdır və indi hər 100 min sakindən 26-sı bu dəhşətli xəstəliyin daşıyıcısıdır. Vəziyyət belə davam etsə, 2010-cu ilədək Ukrayna öz əhalisinin 10 faizini itirəcəkdir.
Ukrayna lideri xərçəng, ürək-damar və vərəm xəstəliklərinin də sürətlə yayılması ilə əlaqədar dərin təşviş keçirdiyini söyləmişdir. Belə ki, bu gün ölkədə hər min nəfərin 80-i vərəmlə xəstələnmişdir. Prezidentin sözlərinə görə, Ukraynada bütün ölüm hallarının 12 faizinə səbəb “bədxassəli xəstəliklərdir”.
BMT-nin Uşaq Fondu (YUNİSEF) yetkinlik yaşına çatmayan ukraynalılar arasında İÇV/QİÇS pandemiyası təhlükəsi olduğunu bəyan edir. YUNİSEF-in Ukraynadakı nümayəndəsi Ceremi Hartli Kiyevdə mətbuat konfransında bildirmişdir ki, Ukraynada təxminən 9800 uşağın İÇV-yə yoluxduğu qeydə alınmış və onların 167-si QİÇS-dən ölmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]