Ukraynada sərnişin avtobusuna hava zərbəsi endirilib, 9 nəfər həlak olub
Kiyev, 17 may, AZƏRTAC
Rusiyanın Ukraynanın Sumı vilayətində Belopolye yaxınlığında mülki avtobusa endirdiyi aviazərbə nəticəsində azı 9 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov videomüraciətində bildirib.
Administrasiya rəhbəri mərmi nəticəsində 5 nəfərin yaralandığını bildirib. Xilasetmə əməliyyatı davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev