Ukraynada son iki gündə koronavirusa yoluxma halları azalıb
Kiyev, 2 iyun, AZƏRTAC
Son sutkada Ukraynada 328 nəfər koronavirusa yoluxub, 9 nəfər isə ölüb, 388 xəstə tam müalicə olunaraq evə buraxılıb. Son iki gündə koronavirusa yoluxma halları ötən günlərlə müqayisədə azalıb.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 24 min 340 nəfərə çatıb. Virusdan ölənlərin sayı 727 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10078-i müalicə olunaraq evlərinə buraxılıb.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]