Ukraynalı Aleksandr Usik 2018-ci ilin ən yaxşı boksçusu seçilib
Bakı, 23 yanvar, AZƏRTAC
Dünya Boks Şurası (WBC) ukraynalı Aleksandr Usiki 2018-ci ilin ən yaxşı boksçusu seçib.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
2018-ci ildə A.Usik keçirdiyi üç görüşü qələbə ilə başa vurub. Ukraynalı yanvarda Dünya Boks Super Seriyasının (WBSS) yarımfinalında latviyalı Mairis Briedis üzərində qələbə qazanıb. Boksçu iyulda turnirin finalında rusiyalı Murat Qassiyevi məğlub edərək WBSS kubokuna sahib olub. İdmançı Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titullarını qazanıb.
Noyabrda ukraynalı idmançı britaniyalı Toni Belleylə döyüşdə kəmərlərini qorumağı bacarıb. Səkkizinci raundun ikinci dəqiqəsində Usik rəqibini nokaut edib.
Otuz iki yaşlı ukraynalı boksçunun peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]