Ukraynalı şahmatçı Qran-Pri turnirinin birinci mərhələsinin qalibi olub
Bakı, 29 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women's Speed Chess Championship” Qran-Pri turnirinin birinci mərhələsinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, həlledici mərhələdə Rusiya şahmatçısı Valentina Quninanı məğlub edən Anna Uşenina (Ukrayna) Qran-Prinin birinci mərhələsinin qalibi olub.
Üçüncü yer uğrunda Vayşali Rameşbabu (Hindistan) ilə mübarizə aparan Anna Kostenyuk (Rusiya) qələbə qazanıb.
Xatırladaq ki, Qran-Prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-Prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-Pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-Pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]