UKRAYNALI TENNİSÇİLƏR “BÖYÜK ŞLEM” TURNİRİNİN QOŞA YARIŞLARINDA QALİB GƏLMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 25-nə keçən gecə ukraynalı tennisçilər Alyona və Katerina Bondarenkolar Avstraliyanın açıq çempionatında qadınlar arasında qoşa yarışların finalında qalib gəlmiş və Australian Open-in qalibi olmuşlar.
Birinci seti ukraynalıların rəqibləri Belaruslu Viktoriya Azarenkodan və israilli Şaxar Peyerdən ibarət beynəlmiləl cütlük 6:2 hesabı ilə udmuşdur. İkinci setdə Bondarenko bacıları 6:1 hesabı ilə qalib gəlmiş, üçüncü, həlledici setdə isə öz müvəffəqiyyətini möhkəmləndirmişlər: 6:4.
Beləliklə, bu cütlük Ukrayna tennisi tarixində ilk dəfə olaraq “Böyük şlem” turnirində qalib gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]