Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb
Kiyev, 4 avqust, AZƏRTAC
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın müxtəlif bölgələrindən 30 ukraynalı uşaq Moldovanın paytaxtı Kişineuya göndərilib. Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları ukraynalı uşaqları qarşılayaraq onları Bakıya yola salıblar.
Müxtəlif yaş qrupundan olan 30 ukraynalı uşaq reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcək.
Qeyd edək ki, indiyədək 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib. Bu il ərzində yeni qrupların da Azərbaycana göndəriləcəyi planlaşdırılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]