Ukraynanın Lvov şəhəri 2017-ci ildə turizmdən 600 milyon avrodan çox vəsait qazanıb
Kiyev, 13 yanvar, AZƏRTAC
Ukraynanın Lvov şəhərinə 2017-ci ildə 2,6 milyon turist səfər edib.
AZƏRTAC xəbər verir ki, Lvov şəhər Administrasiyasının turizm idarəsinin statistikasına görə, ötən il Lvov şəhəri turistlərin hesabına 615 milyon avro qazanıb.
Ötən il Lvov şəhərinə daha çox Polşa, Belarus, Türkiyə, Almaniya, ABŞ, Litva, Böyük Britaniya, Çexiya və Kanada ölkələrindən turistlər gəlib.
Məlumata görə, hər turist gün ərzində orta hesabla 75 avro xərcləyib və ən azı 4-5 gün qalıb. 2018-ci ilin ilk iki həftəsində Lvova təxminən 250 min turist səfər edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]