Ulan-Batorda təşkil olunan Böyük Dəbilqə turniri davam edir
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan cüdoçusu Uşangi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqədə yarımfinal görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib.
Rəqibinə məğlubiyyətə uğrayan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsengel Odxuuya rəqib olub.
Zelim Kotsoyev (-100kq) üçüncülük qarşılaşmasında digər rusiyalı Arman Adamyanla qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) isə medal şanslarını itiriblər.
Qeyd edək ki, cüdoçularımızdan Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]