SİYASƏT
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Tbilisidə qeyd olunub
Tbilisi, 11 may, AZƏRTAC
Fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Gürcüstan paytaxtında da silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay, hər iki səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, deputat Zaur Darğallı, Gürcüstan Patriarxlığının nümayəndəsi, Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi, dövlət və hökumət nümayəndələri, “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Nəriman Qurbanov, birliyə üzv şirkətlərin rəhbərləri, Alyans Gənclər Mərkəzinin, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbərliyi, ictimaiyyət nümayəndələri mayın 10-da Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, büstü önünə əklil və gül dəstələri düzüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi