Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakıda keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransın iştirakçıları oktyabrın 9-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.