Ümumdünya Səhiyyə Təşkilatı süni intellektlə bağlı çağırış edib
Bakı, 21 noyabr, AZƏRTAC
Səhiyyədə süni intellektdən istifadənin hüquqi bazası yaradılmalıdır.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı çağırış edib. Təşkilatın Avropa ofisinin hesabatında pasient və tibb personalını qorumaq üçün əsas hüquqi mexanizmlərin olmadığına diqqət yönəldilir.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge bildirib ki, aydın strategiya və hüquqi mexanizmlər olmasa, bərabərsizliklər daha da dərinləşəcək.
Hesabatın tərtibi zamanı 53 ölkəyə sorğu göndərilib. 50 ölkə prosesdə iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:53]
İstanbulda Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü qeyd edilib
- 29.10.2026 [18:22]