Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumdünya Səhiyyə Təşkilatı və Ədliyyə Nazirliyi vərəmlə mübarizəyə dair birgə qlobal vebinar keçirib

Ümumdünya Səhiyyə Təşkilatı və Ədliyyə Nazirliyi vərəmlə mübarizəyə dair birgə qlobal vebinar keçirib

Bakı, 6 oktyabr, AZƏRTAC

Ümumbəşəri sosial bəla olan vərəm xəstəliyinə qarşı mübarizə bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlillərinə görə, hər il dünyada vərəmdən 1 milyon 700 min insan vəfat edir, həbsxanalarda isə vərəmin yayılma riski 100 dəfə daha yüksəkdir. Vərəmə qarşı ÜST tərəfindən tövsiyə edilən strategiyalar bu xəstəliyi aşkar və müalicə etməyə, yoluxmanın azaldılmasına xidmət edir. Hazırda son strategiya dünyanın 180-dən artıq ölkəsində uğurla tətbiq olunur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 qlobal pandemiyasının dünya ölkələrinin səhiyyə sistemlərində ciddi gərginliyin yaratması, həmçinin əhalinin həssas təbəqəsi olan məhkumlar arasında vərəm əleyhinə tibbi xidmətlərin göstərilməsində çətinliklərin yaşanması ilə müşayiət edilir.

Bununla əlaqədar bu ilin əvvəlində ÜST azadlıqdan məhrumetmə yerlərində COVID-19-un qarşısının alınması və nəzarətdə saxlanılması barədə aralıq təlimatı dərc edərək ölkələri həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi ilə əlaqəli bütün növ xidmətlərin göstərilməsini təmin etməyə çağırıb.

Oktyabrın 6-da ÜST Avropa Regional Bürosunun və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "COVID-19 pandemiyası dövründə azadlıqdan məhrumetmə yerlərində vərəmin müalicəsi və profilaktikası" mövzusunda videokonfrans formatında qlobal vebinar keçirilib.

Tədbirin keçirilməsində məqsəd pandemiya zamanı həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi üçün əsas tövsiyələrin nəzərdən keçirilməsi, bu xəstəliyin davamlı, vaxtında və dəqiq aşkarlanması, diaqnozu, müalicəsi ilə bağlı yaxşı təcrübələrin mübadiləsinin aparılması olub.

Ümumdünya Səhiyyə Təşkilatının, "Sərhədsiz həkimlər" Beynəlxalq Tibbi Humanitar Təşkilatın, Azadlıqdan Məhrumetmə Yerlərində Vərəm və Ağciyər Xəstəliklərinə qarşı Beynəlxalq Birliyin və 26 dövlətin çoxsaylı nümayəndələrinin qatıldığı vebinarı ÜST Avropa Regional Ofisinin səhiyyə sahəsində təmsilçisi doktor Masood Dara və Azərbaycanın Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi doktor Rəfail Mehdiyev açıb, tədbirin vərəmlə qlobal mübarizənin gücləndirilməsi, müsbət təcrübələrin öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətini qeyd ediblər.

Ölkəmizin nümayəndəsi tədbirdə çıxışı zamanı ilk öncə işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlara diqqət çəkərək Azərbaycan Ordusu tərəfindən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu əks-hücum əməliyyatları barədə iştirakçıları məlumatlandırıb. Bildirib ki, ərazilərimizi 30 ilə yaxındır işğal altında saxlayan, silahlı qüvvələrini qeyd-şərtsiz torpaqlarımızdan çıxarılması ilə bağlı BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq 1990-cı illərin əvvəllərində iqtisadiyyatımızın iflic vəziyyətinə düşməsi sosial problemlərə səbəb olmaqla vərəmin yayılması üçün əlverişli şərait yaratmışdı.

Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra əhalinin rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü tədbirlər həyata keçirilib, vərəmlə mübarizə diqqətdən kənarda qalmayıb. Bu sahədə ÜST-ün tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla birgə proqram və layihələr həyata keçirilir, o cümlədən penitensiar müəssisələrdə vərəmə qarşı səmərəli mübarizə aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması, tibbi və dərman təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür, penitensiar müəssisələr müasir tibb avadanlığı ilə təchiz olunur.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində səmərəli əməkdaşlıq edilərək məhkumlar arasında vərəmə qarşı mübarizədə müsbət nəticələrə nail olunub, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq edilib. Eyni zamanda, vərəmli məhkumların effektiv müalicəsinin təmin edilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ixtisaslaşdırılmış müalicə müəssisəsi fəaliyyət göstərir.

Bütün bunlar penitensiar müəssisələrdə vərəmdən ölümün və ona yoluxma hallarının sayının ilbəil azalmasına səbəb olub. BQXK ilə bu sahədə məqsədyönlü fəaliyyətin başlandığı 1995-ci illə müqayisədə penitensiar müəssisələrdə vərəmdən ölüm 136 dəfəyədək azalıb.

Ölkəmizdə ÜST-ün tövsiyə etdiyi vərəmin uğurlu müalicəsi üzrə hədəf göstəriciləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 95 faiz, müalicəyə çətin tabe olan dərmanlara davamlı formalı vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 92 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Tibb baş idarəsinin rəisi qeyd edib ki, Azərbaycanın vərəmə nəzarət təcrübəsi ÜST, BQXK və s. beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək müsbət təcrübəmiz dünyada örnək olub, illik Səhiyyə Mükafatına layiq görülüb. Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılması və öyrənilməsi üçün Bakıda Təlim Mərkəzi yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı ona beynəlxalq status verib. ÜST-ün Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus Mərkəzin fəaliyyəti ilə tanış olaraq vərəmlə mübarizədə müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini və müsbət təcrübəmizin dünyada daha geniş yayılmasının önəmini vurğulayıb.

Səmərəli fəaliyyət göstərən Mərkəzdə ötən dövrdə Avropa və digər qitələrdən 20 dövlətin Ədliyyə və Daxili İşlər nazirlikləri, penitensiar müəssisələrin tibb xidmətləri ilə yanaşı, hətta Səhiyyə nazirliklərinin çoxsaylı nümayəndələri müsbət təcrübəmizdən bəhrələnib və artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellər tətbiq olunur.

R.Mehdiyev 2020-ci ildə koronavirus pandemiyası şəraitində də məhkumların tibbi təminatının, vərəmlə mübarizənin daim diqqətdə saxlanıldığını, vərəmin profilaktikası və müalicəsi işinə nəzarətin gücləndirildiyini vurğulayıb, qlobal COVID-19 infeksiyasına qarşı dövlət başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qəti tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən aparılan zəruri tibbi, profilaktik və digər preventiv işləri qeyd edib.

Tibb xidmətinin fəaliyyətini ÜST-ün tövsiyələrinə uyğun quraraq işini gücləndirilmiş rejimdə davam etdirdiyi, Səhiyyə Nazirliyi və TƏBİB ilə sıx əlaqədə məhkumların və təqsirləndirilən şəxslərin koronavirus və digər infeksiyalara, o cümlədən vərəmə yoluxmasının qarşısının alınması üzrə ardıcıl tədbirlərin görüldüyü, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işinin aparıldığı, həkim və digər tibb işçilərinin xüsusi təlimlərə cəlb olunduğu bildirilib.

Diqqətə çatdırılıb ki, pandemiya dövründə tibb xidməti tərəfindən penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirlərinin intensivliyi azaldılmayıb və koronavirus infeksiyası əleyhinə yönəldilmiş tədbirlərlə paralel aparılıb. Hər iki istiqamətdə uğurla həyata keçirilən işlər vərəm üzrə statistik epidemioloji göstəricilərin davamlı yaxşılaşması ilə yanaşı, COVID-19 infeksiyasının nəzarətdə saxlanmasına və idarə olunmasına xidmət edir.

Onlayn konfransda müxtəlif dövlətlərin təmsilçiləri tərəfindən çıxışlar edilib, Azərbaycanın vərəmlə mübarizədə müsbət təcrübəsinə böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin digər dövlətlərdə yayıldığı vurğulanıb, faydalı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb