UNEC brendi artıq Xorvatiyada da tanınır
Bakı 10 aprel, AZƏRTAC
Aprelin 8-də UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendi kimi Xorvatiyada qeydiyyata alınıb.
Beləliklə, UNEC brendi artıq 6 xarici ölkədə tanınır və qısa vaxtda Avropanın daha 8 ölkəsində onun qeydiyyata alınması üçün zəruri işlər tamamlanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetlərin beynəlmiləlləşməsi və bu sek¬torda baş verən qlobal trendlər ali təhsil müəssisələri arasında güclü rəqabət mü¬hitinin yaranmasına gətirib çıxarıb. Digər sahələrdə olduğu kimi, uni¬ver¬si¬tet¬lər arasında da güclü rəqabət on¬ların brendləşməsini zərurətə çevirib.
Azərbaycan Dövlət İqtisad Universitetində də bu istiqamətdə uğurlara imza atılır. UNEC brendi öz əhatə dairəsini gündən-günə genişləndirməklə 2018-ci ildə ilk dəfə Türkiyədə, daha sonra isə Avropanın 4 ölkəsində - Polşa, Slovakiya, Latviya və Litvada qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]