UNEC “CIMA - İnkişaf etməkdə olan liderlər müsabiqəsi 2020”yə qoşulub
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi (İSE) “CIMA - İnkişaf etməkdə olan liderlər müsabiqəsi 2020”yə qoşulub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovun rəhbərliyi ilə müsabiqədə universitet üzrə 6 komanda təmsil olunacaq.
Komandalar arasında yarışmanın birinci mərhələsinin sentyabrın 7-11-də, “quiz” mərhələsinin sentyabrın 18-də, ikinci mərhələnin oktyabrın 5-9-da, finalın isə oktyabrın 15-də və noyabrın 19-da Polşanın paytaxtı Varşava şəhərində keçirilməsi nəzərdə tutulur.
Yarışmada komandalarımıza Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimləri tərəfindən mentorluq dəstəyi göstəriləcək. Aqil Əzizovun rəhbərliyi ilə mentorlar hər üç mərhələdə komandalarımızı yarışmaya hazırlayacaqlar. Builki müsabiqədə dünyanın 7 ölkəsindən 21 universitetin təmsil olunduğu 96 komanda yarışacaq.
Qeyd edək ki, CIMA (Sertifikatlı İdarəetmə Mühasibləri İnstitutu) dünyanın ən böyük və aparıcı idarəetmə mühasiblərinin peşəkar təşkilatıdır. CIMA iş dünyasının tələb etdiyi kritik bilik və bacarıqların inkişafına kömək edən, dünyada böyük və ya kiçik biznes sahələrində, dövlət və ya özəl sektorda fəaliyyət göstərmək üçün lazımi keyfiyyətləri formalaşdıran təşkilatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]
Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [13:08]
Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]