UNEC-in kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi şəhidlərin xatirəsinə ucaldılmış UNEC-in Memorial-Xatirə Kompleksini ziyarət ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin kollektivi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini dərin ehtiramla yad edərək, abidənin önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Xatırladaq ki, 20 Yanvar hadisələrində UNEC-in iki tələbəsi - İlqar Əbilhəsənov və Habil Əzizov şəhid olublar.