UNEP-nin icraçı direktoru: Qida israfının 85 faizini qlobal tullantılar təşkil edir
Bakı, 19 noyabr, AZƏRTAC
“Biz metanın azaldılması və ətraf mühitin qorunması ilə bağlı konkret addımlar atmalıyıq və bu sahədə iddialı layihələri görmək istəyirik. Əgər heç bir addım atmasaq, dünyada yaxın onilliklərdə tullantıların 85 faiz artımı gözlənilir”.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “İqlim fəaliyyəti üçün üzvi tullantılardan metanın azaldılması (ROW)” üzrə yüksəksəviyyəli tədbirdə deyib.
UNEP-nin icraçı direktoru tullantıları əhəmiyyətli dərəcədə azaltmağı vacib hesab edir: “Dünyada həddindən artıq qida israfı var və bu, qəbuledilməzdir. Qida israfının 85 faizini qlobal tullantılar təşkil edir. Biz qlobal cənub üçün yatırımlar etməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]