“Unudulmayanlar” adlı layihənin növbəti təqdimatı Xalq Artisti Həqiqət Rzayevaya həsr ediləcək
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” adlı yeni layihəyənin ikinci təqdimatı olacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki təqdimatı Xalq Artisti, məşhur opera müğənnisi Həqiqət Rzayevaya həsr ediləcək. Onun operada oynadığı rollardan, çəkildiyi kinofilmlərdən fraqmentlər nümayiş olunacaq.
Bildirilib ki, layihənin məqsədi Azərbaycan milli musiqisinin, kinosunun yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin - bəstəkarlar, aktyorlar, opera və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair tədbirlərin təşkilindən ibarətdir.
Layihəyə informasiya dəstəyi göstərənlər sırasında AZƏRTAC-da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]