Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib
Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il dekabrın 30-na ünvanlı sosial yardım alan ailələrin hər birinə 200 manat birdəfəlik maddi yardımın ödənişi təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən birdəfəlik maddi yardımlar qeyd edilən ailələrin hesablarına köçürülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, birdəfəlik maddi yardımlar ümumilikdə 76 min 103 ailəni (337 min 932 nəfər ailə üzvü) əhatə edib.
Bundan əvvəl isə DSMF dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyalarını, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə pensiyalarını, dekabrın 25-də isə dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımlarını ödəyib.
Fond tərəfindən dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [13:00]
Binədə mağazada yanğın baş verib VİDEO
- 06.06.2026 [12:19]
Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib
- 06.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [11:43]
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]