Uqandalı iqlim müdafiəçisi: Azərbaycanda keçirilən COP29-dan gözləntilərimiz böyükdür
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda keçirilən COP29-dan gözləntilərimiz böyükdür. Qlobal istiləşmədən ən çox Cənub zərər çəkir. Biz səbirsizliklə gözləyirik ki, Şimal ölkələri Cənub ölkələrində iqlimin maliyyələşdirilməsinə təkan versinlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Uqandanın Davamlı Enerji Siyasətləri İnstitutunun gündəm və iqlim müdafiəçisi Sandra Namirembe söyləyib.
O deyib: "Bizim iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmağımızı təmin etmək üçün maliyyəmiz yoxdur. Bu baxımdan COP29-da iqlim maliyyələşdirilməsi üçün mühüm qərarların qəbul olunacağını düşünürəm. Bu sahədə qəbul ediləcək yaxşı qərarlar bizə - Qlobal Cənub ölkələrinə iqlim dəyişikliyinə uyğunlaşmaqda kömək edəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]